Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > ABŞ və İran arasında sülh sazişinin şərtləri razılaşdırılıb

ABŞ və İran arasında sülh sazişinin şərtləri razılaşdırılıb


Dünən, 18:51.
title}


ABŞ və İran arasında sülh sazişinin şərtləri razılaşdırılıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, onun sözlərinə görə, razılaşma artıq qüvvəyə minib, rəsmi imzalanma mərasiminin isə iyunun 19-da keçirilməsi planlaşdırılır.

Tramp “Truth Social” platformasında yazıb ki, saziş imzalandıqdan və Hörmüz boğazında minaların təmizlənməsi başa çatdıqdan sonra boğaz beynəlxalq gəmiçilik üçün açılacaq. ABŞ isə İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldıracaq.

“Dünyanın bütün gəmiləri mühərriklərini işə salsın. Qoy neft çay kimi axsın”, - Tramp bildirib.

İran Xarici İşlər Nazirliyi də tərəflərin aralıq sülh sazişinin əsas parametrləri üzrə razılığa gəldiyini təsdiqləyib. Nazir müavini Kazım Qəribabadinin sözlərinə görə, sənədin imzalanma mərasiminin İsveçrədə keçirilməsi nəzərdə tutulur.

İranın “Mehr” agentliyinin məlumatına əsasən, 14 bənddən ibarət aralıq sülh sazişi dəniz blokadasının ləğvini, İran neftinə qarşı sanksiyaların dayandırılmasını və İranın dondurulmuş maliyyə aktivlərinin ən azı yarısının sərbəst buraxılmasını ehtiva edir. Agentlik yazır ki, yekun sülh sazişi üzrə danışıqlar yalnız bu şərtlər yerinə yetirildikdən sonra davam etdiriləcək.

ABŞ və İsrail fevralın sonunda İrana zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran ABŞ-nin Fars körfəzindəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Aprelin əvvəlində tərəflər müvəqqəti atəşkəs barədə razılığa gəlib və sülh sazişi üzrə müzakirələrə başlayıblar.

Son aylarda İran və ABŞ arasında bir neçə dəfə qarşılıqlı hücumlar baş versə də, hər iki tərəf atəşkəs rejiminin qüvvədə qaldığını bəyan edib.
Geri qayıt