Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Son iki həftədə İranla münaqişədə 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb - PENTAQON

Son iki həftədə İranla münaqişədə 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb - PENTAQON


Dünən, 18:10.
title}


İyulun 7-dən bəri İranla münaqişə nəticəsində 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnel CBS telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, yaralıların əksəriyyəti artıq müalicə olunub və xidmətə qayıdıb.

"Onlar yenidən döyüşə qayıtmaq əzmindədirlər. Xəsarətlərin böyük əksəriyyəti yüngül beyin silkələnməsi olub”, - sözçü deyib.

Xəsarət alanların, əsasən, İordaniyadakı ABŞ hərbi bazalarında xidmət edən hərbçilər olduğu bildirilir.

Ötən həftəsonu Pentaqon İordaniyadakı hərbi bazada iki ABŞ əsgərinin öldüyünü və daha birinin itkin düşdüyünü açıqlayıb. İraqda isə bir ABŞ hərbçisinin "İran dronundan qalan partlamamış sursatın zərərsizləşdirilməsi" zamanı öldüyü bildirilib.

ABŞ prezidenti Donald Tramp iyulun 20-də “Truth Social” səhifəsində itkilərə görə İrana xəbərdarlıq edib. “İran hər dəfə bir Amerika əsgərini öldürdükdə, bədəlini dəfələrlə artıqlaması ilə ödəyəcək!", - o yazıb.

Rəsmi məlumata görə, fevralın sonunda ABŞ və İran arasında münaqişə başlayandan bəri 413 amerikalı hərbçi yaralanıb, lakin bu rəqəmə bu ay xəsarət alanlar daxil deyil. Ölənlərin sayının isə son itkilərlə birlikdə 17 olduğu bildirilir.

ABŞ və İran arasında apreldə əldə olunan atəşkəs iyulun 8-də pozulub. ABŞ ordusu İranı Hörmüz boğazını yenidən bağlamaqda ittiham edərək bu ölkəyə zərbələr endirib.

İran isə cavab olaraq Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına dron hücumları edir.
Geri qayıt