Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İqor Skibyuk Ukrayna baş qərargah rəisi təyin olunub
İqor Skibyuk Ukrayna baş qərargah rəisi təyin olunubBu gün, 16:36. |
|
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 22-də general-mayor İqor Skibyukun Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunduğunu açıqlayıb. Civilazerbaijan.com bildirir ki, o bu vəzifədə Andrey Qnatovu əvəz edəcək. "Yeni baş komandanla çiyin-çiyinə Ukraynanı müdafiə etmiş çox təcrübəli zabitdir", – Zelenski X sosial şəbəkəsində yazıb. Zelenski orduda kadr dəyişikliklərini davam etdirir. Qeyd edək ki, iyulun 21-i axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski general Mixaylo Drapatının ordunun yeni baş komandanı təyin olunduğunu elan edib. Oleksandr Sırski isə vəzifəsindən uzaqlaşdırılıb. Bu kadr dəyişikliyi ölkədə genişmiqyaslı etiraz aksiyalarının keçirildiyi bir vaxta təsadüf edib. Nümayişçilər müdafiə naziri Mixaylo Fedorovun vəzifəsinə qaytarılmasını və onunla ciddi ixtilafları olan Sırskinin istefasını tələb edirdilər. Sabiq nazir ordu idarəçiliyi, təchizat prinsipləri və rəhbərlik üslubundakı köklü yanaşma fərqliliyinə görə baş komandanla aralarında münaqişə yaşandığını açıq şəkildə bəyan etmişdi. Bu ixtilafın mövcudluğunu Zelenski də təsdiqləmişdi. Zelenski çərşənbə axşamı Fedorovla növbəti görüşündə ona dövlətin texnoloji inkişafı ilə bağlı yeni hökumət vəzifəsi təklif edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |