Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Fon der Lyayen Kanadanı Aİ-nin ilk assosiativ üzvü kimi görmək istəyir
Fon der Lyayen Kanadanı Aİ-nin ilk assosiativ üzvü kimi görmək istəyirDünən, 19:56. |
|
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün – sentyabrın 16-da bildirib ki, Kanadanın Avropa İttifaqına (Aİ) ilk "assosiativ üzv" kimi qoşulmasını istəyir. Civilazerbaijan.com bildirir ki, Aİ qanunvericiləri fon der Lyayenin təklifini ayaq üstə alqışlayıblar. Sonra o, çıxışını dinləmək üçün Strasburqa – Avropa Parlamentinə gələn Kanada baş naziri Mark Karniyə yaxınlaşaraq onu qucaqlayıb. "Tərəfdaşlıqlarımıza təcili şəkildə yenidən baxmalı olduğumuzu söylədim. Buna görə də Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün qapı açmaqdan ötrü sizinlə işləmək istəyirəm", – fon der Lyayen deyib. Onun sözlərinə görə, Aİ və Kanada dünyaya eyni gözlə baxır, hər şeydən əvvəl Avropa və Kanada demokratiyaya inanır. "Bugünkü soyuq və kövrək dünyada yeni tərəfdaşlıqlara ehtiyac var", - diplomat əlavə edib. Rusiyanın Ukraynaya qarşı işğalı müharibəni 27 ölkədən ibarət Aİ-nin kandarına gətirib. İttifaq ticarət və digər məsələlərdə ABŞ prezidenti Donald Tramp administrasiyasının və Çinin sərt rəqabəti ilə üzləşir. Fon der Lyayenin təklifi ilə bağlı Aİ üzvləri qərar verəcəklər. "Reuters" yazır ki, blok indiyədək hüquqi statusu olmayan belə çevik ittifaqlara müqavimət göstərib. Almaniya mayda Ukraynaya tam üzvlük yolunda keçid mərhələsi kimi assosiativ üzvlük verməyi təklif etmişdi, Aİ üzvləri buna elə də isti yanaşmadı. Aİ diplomatlarından biri fon der Lyayenin təklifinə təəccüblənib, "heç kim bunun nə demək olduğunu dəqiq bilmir" deyib. Diplomat əlavə edib ki, Avropa Komissiyası rəhbərinin yerinə yetirə bilməyəcəyi vədlər verməsi ilə bağlı narahatlıqlar var. Kanadanın baş naziri Karni Avropa Parlamentinə daxil olarkən hərarətlə alqışlanıb. O, bu həftənin əvvəlində Kanadanın Aİ ilə üzvlük deyil, "unikal ittifaq" qurmağa çalışdığını demişdi. Karni sabah- sentyabrın 17-də Avropa Parlamentində çıxış edəcək. Ötən ay Kanada və ABŞ arasında ticarət danışıqları pozulandan sonra münasibətlərdə tarixi böhran yaranıb. Tərəflər qarşılıqlı gömrük tarifləri tətbiq edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |