Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > FlyDubai insidenti ilə əlaqəsi təsdiqlənsə, İrana ağır zərbə endiriləcək - TRAMP

FlyDubai insidenti ilə əlaqəsi təsdiqlənsə, İrana ağır zərbə endiriləcək - TRAMP


Bu gün, 14:30.
title}


ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də xəbərdarlıq edib ki, İsrailə uçan FlyDubai təyyarəsindəki insidentdə Tehranın rolu aşkarlansa, İrana “ağır zərbə” endiriləcək. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) pilot kabinəsindəki hücumun terrorçuluqla əlaqəli olub-olmadığını araşdırmağa başlayıb.

Civilazerbaijan.com
bildirir ki, Ağ evdə Trampdan İranın hadisədə iştirakıyla bağlı nə düşündüyünü soruşublar. “Eşitdiklərimə əsasən, deyərdim ki, cavab “bəli”dir, amma hazırda bunu araşdırırıq”, – prezident vurğulayıb.

İranın iştirakı təsdiqlənərsə, ABŞ-nin cavab zərbəsi endirib-endirməyəcəyinə gəlincə, Tramp “Onlara ağır zərbə endiriləcək, narahat olmayın” deyə cavab verib.

Tramp bu iddianı təsdiqləyən sübut təqdim etməyib. İranın hadisə ilə bağlılığına dair ictimaiyyətə hər hansı sübut açıqlanmayıb. İsrail rəsmiləri “Reuters”ə bildiriblər ki, ilkin dəyərləndirməyə görə, ikinci pilot, böyük ehtimalla, təkbaşına hərəkət edib.

İsrailin baş naziri Benyamin Netanyahu ikinci pilotun İranla əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün hələ tez olduğunu deyib. Netanyahu “Fox News”a müsahibəsində onu da deyib ki, ikinci pilot barədə əldə olunan məlumatlar onun “radikal islamçı ideoloji təsirə məruz qaldığını” göstərib. O, bu iddianı əsaslandıran detalları açıqlamayıb.

İnsident sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan, göyərtəsində 174 sərnişin və səkkiz ekipaj üzvü olan “FlyDubai”ın FZ1073 reysində baş verib. Səudiyyə Ərəbistanının məlumatına görə, ikinci pilot kapitana hücum edib və hər iki pilot yaralanıb. Bundan sonra təyyarə Təbukda təcili eniş edib.

BƏƏ-nin baş prokuroru hadisə ilə bağlı xüsusi araşdırma göstərişi verib. Araşdırma zamanı hadisənin “terror fəaliyyəti və ya məqsədi” ilə əlaqəli olub-olmadığı, öncədən planlaşdırılıb-planlaşdırılmadığı, göstəriş əsasında törədilib-törədilmədiyi də yoxlanılacaq.

BƏƏ ictimaiyyəti və medianı araşdırma başa çatanadək hadisənin səbəbi barədə fərziyyələr irəli sürməməyə çağırıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt