Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib


Bu gün, 13:44.
title}


Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni ad və qurumun yer aldığı sanksiya siyahısını açıqlayıblar.

Civilazerbaijan.com
bildirir ki, bu barədə bu gün - bazar ertəsi Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas məlumat verib.

"Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə aidiyyəti olan təxminən 1 600 şirkət və fiziki şəxsin qara siyahıya salınmasını elə indicə təsdiq etdilər. Onların yarıdan çoxu ballistik raketlərin istehsal zənciri ilə bağlıdır", – deyə Kallas "X" sosial şəbəkəsində yazıb.

Nazirlər ötən həftə – oktyabrın 7-də Aİ nümayəndələrinin əldə etdikləri razılaşmanı təsdiqləyiblər
Geri qayıt