Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Venesuela müxalifətinin lideri Mariya Maçado ölkəsinə qayıdıb

Venesuela müxalifətinin lideri Mariya Maçado ölkəsinə qayıdıb


Bu gün, 12:32.
title}


Venesuela müxalifətinin lideri Mariya Maçado ölkəsinə qayıdıb.

Civilazerbaijan.com
bildirir ki, Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkəyə qayıtdığını açıqlayıb. “Mən buradayam. Sizinləyəm”, - o, “X” hesabında yazıb.

Jurnalist Toni Franxi Mavad Maçadonun Lara ştatındakı kilsələrdən birində keçirilən bazar günü messasında çəkildiyi bildirilən fotolarını paylaşıb.

Maçadonun Venesuelaya qayıtdığını onun nümayəndəsi David Smolanski və ölkənin keçmiş müxalifət prezidentliyə namizədi Edmundo Qonsales də təsdiqləyib.

“Bu gün venesuelalılar üçün çox önəmlidir. O, bu prosesə rəhbərlik etmək və onu düzgün istiqamətə yönəltmək üçün suveren səsimizi özü ilə birlikdə geri gətirir”, - Qonsales yazıb.

Mariya Korina Maçado 2014-cü ildə Venesuelada keçirilən kütləvi etirazların əsas simalarından biri olub. O, 2023-cü ildə müxalifətin ilkin seçkilərində qalib gələrək Demokratik Birlik Platformasının prezidentliyə namizədi seçilib.

Lakin Maçado 2024-cü ilin avqustunda seçki yarışından kənarlaşdırılıb və daha sonra Edmundo Qonsalesin namizədliyini dəstəkləyib. Seçkilərdən sonra Nikolas Maduro özünü qalib elan edib. BMT də daxil olmaqla bir sıra müstəqil müşahidəçilər nəticələri şübhə altına alıb. Bir sıra xarici hökumətlər isə Qonsalesi Venesuelanın qanuni prezidenti kimi tanıyır.

Maduro hökuməti on il ərzində Maçadonun ölkədən çıxışına qadağa qoymuşdu. Seçkilərdən sonra başlayan repressiyalar və etirazlar fonunda o, təxminən bir il gizlənməyə məcbur olub. Maçado 2025-ci ilin dekabrında Venesuelanı gizli şəkildə tərk edərək Osloya gedib və Nobel Sülh Mükafatını qəbul edib.

2026-cı ilin yanvarında ABŞ hərbçiləri Karakasda keçirdikləri əməliyyat zamanı Maduronu saxlayaraq Nyu-Yorka aparıblar. O, narkotiklərlə əlaqəli ittihamlar üzrə məhkəmə qarşısına çıxarılıb, Maduro isə ittihamları qəbul etmir.

Hazırda Venesuelaya Maduronun keçmiş vitse-prezidenti Delsi Rodriqes müvəqqəti prezident kimi rəhbərlik edir. Onun səlahiyyət müddəti başa çatsa da, ölkədə yeni prezident seçkisinin tarixi hələ açıqlanmayıb.
Geri qayıt