Əsas Səhifə > Dünya > İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb
İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb16-04-2017, 17:44. |
Bu gün İraq federal polis qüvvələri Mosulda İŞİD lideri Əbubəkir əl-Bağdadinin 2014-cü ildə xilafət elan etdiyi məscid ətrafındakı ərazini nəzarətə götürüb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 800 il əvvəl tikilmiş məscid İŞİD terrorçuları üçün böyük simvolik önəm daşıyır. Bu səhər uğurlu əməliyyatdan sonra Mosulda “Köhnə şəhər”də azad edilmiş binaların damlarında nişançılar yerləşdirilib və məscid kompleksinin ətrafındakı ərazi atəş altına alınıb. Təhlükəsizlik qüvvələri terrorçuların məscid kompleksindən geri çəkiləcəyi halda kompleksin minalanacağını proqnozlaşdırır. Qeyd edək ki, Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı bu ilin fevralında başlayıb. Geri qayıt |