Əsas Səhifə > Dünya / Üst manşet > Tramp: ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur

Tramp: ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur


17-04-2017, 02:00.
title}
Tramp: ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur


ABŞ prezidenti Donald Tramp Vaşinqtonun silahlanmanı artırmaqdan başqa yolu olmadığını bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp yazıb ki, ABŞ Silahlı Qüvvələri yüksək templə inkişaf edir və heç vaxt olmadığı qədər güclü olacaq: “Səmimi danışsaq, bizim sadəcə, başqa yolumuz yoxdur”.

Bundan əvvəl ABŞ prezidenti bildirib ki, növbəti maliyyə ilində qeyri-hərbi xərclərin, xüsusən xarici ölkələrə yardımın azaldılması hesabına hərbi xərclər 54 milyard dollar artacaq. D. Tramp hakimiyyətinin sonunda ABŞ-ın yaxşı Silahlı Qüvvələri olacağını vurğulayıb.
Geri qayıt