Əsas Səhifə > Dünya > Şimali Koreyadan uğursuz raket sınağı

Şimali Koreyadan uğursuz raket sınağı


17-04-2017, 03:30.
title}
Şimali Koreyadan uğursuz raket sınağı


Şimali Koreyanın keçirdiyi raket sınağı uğursuz olub.

Bu barədə Cənubi Koreya hərbçilərinə istinadən Reuters agentliyi xəbər verib.

Raketin Sinpxo şəhəri yaxınlığından buraxıldığı bildirilir. Raketin növü barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, bir il əvvəl Şimali Koreyanın Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində keçirdiyi ballistik raketi sınağı da uğursuzluqla nəticələnmişdi.
Geri qayıt