Əsas Səhifə > Dünya > Peterburq metrosunda terrorun

Peterburq metrosunda terrorun


17-04-2017, 20:09.
title}
Peterburq metrosunda terrorun


Moskva vilayətinin Odintsov rayonunda Sankt-Peterburq metrosunda partlayışın təşkilatçılarından biri - Mərkəzi Asiya əsilli Abror Əzimov saxlanılıb.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Rusiya FTX-in ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.

Verilən məlumata görə, 1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb.

Hazırda o, istintaq təcridxanasındadır.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi baş vermişdir.
Geri qayıt