Əsas Səhifə > Dünya > Pakistanda Pasxa bayramında partlayış törətmək istəyən terrorçu-kamikadze tutulub

Pakistanda Pasxa bayramında partlayış törətmək istəyən terrorçu-kamikadze tutulub


18-04-2017, 00:58.
title}
Pakistanda Pasxa bayramında partlayış törətmək istəyən terrorçu-kamikadze tutulub


Pakistan mətbuatının verdiyi məlumata görə Laxor şəhərində xristianların Pasxa bayramında partlayış törətmək istəyən İŞİD terrorçu-kamikadzesi tutulub.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, ordunun nümayəndəsi Asif Qafur bildirib ki, özlərini şübhəli aparan üç adamı tutmaq istərkən atışma baş verib və terrorçuların biri öldürülüb, digəri isə qaça bilib, 19 yaşlı Norin Leqxarinin üzərindən isə iki partlayıcı qurğu və dörd qumbara tapılıb.

Hərbçilər Xaydarabad şəhərindəki tibb məktəbinin tələbəsi Norin Leqxari adlı qızı tutub və o iki kişi ilə birgə Laxordakı kilsədə xristianlar Pasxa bayramını qeyd edərkən terakt törədilməsi faktını təsdiq edib.

Mart ayında iki həftə ərzində terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilinən 1300 adam həbs edilib.
Geri qayıt