Əsas Səhifə > Dünya > İdlibdə hücum zamanı kimyəvi silahdan istifadə olunduğu təsdiqlənib

İdlibdə hücum zamanı kimyəvi silahdan istifadə olunduğu təsdiqlənib


19-04-2017, 23:32.
title}
İdlibdə hücum zamanı kimyəvi silahdan istifadə olunduğu təsdiqlənib


Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.

“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Geri qayıt