Əsas Səhifə > Dünya > Ermənistan ordusunun muzdlu əsgəri hərbi hissədə öldü
Ermənistan ordusunun muzdlu əsgəri hərbi hissədə öldü21-04-2017, 14:12. |
Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb. SİVİL.AZ xəbər verir ki, bu barədə əsgərin qohumları epress.am-a deyiblər. O, Arpi kəndinin sakini olub. İnformasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib. Deyib ki, əsgərin ölümünün səbəbləri haqda daha sonra məlumat veriləcək. (Virtualaz.org) Geri qayıt |