Əsas Səhifə > Dünya > Venesuelada iğtişaşlar nəticəsində
Venesuelada iğtişaşlar nəticəsində22-04-2017, 00:20. |
Son üç həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. SİVİL.AZ-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, polis ölkənin müxtəlif bölgələrində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Müxalifət hökuməti etiraz aksiyalarını yatırmaq üçün cinayətkar qruplaşmalardan istifadə etməkdə günahlandırır. Ölkə prezidenti Nikolas Maduronun əleyhinə çıxış edən nümayişçilər Venesuela parlamentinin hüquqlarının tam bərpasını, vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini, ölkə iqtisadiyyatının bərpası prosesinin başlanmasını tələb edirlər. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir. Geri qayıt |