Əsas Səhifə > Dünya / Üst manşet > Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub
Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub24-04-2017, 03:30. |
ABŞ prezidenti Donald Trampın fəaliyyətinin ilk 100 günündə reytinqi Duayt Eyzenhauerdən bu günə qədər, ötən 65 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinq olub. SİVİL.AZ-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABC telekanalı və “The Washington Post” qəzetinin birgə keçirdiyi sorğunun nəticələri bunu göstərib. Rəyi soruşulanların yalnız 42 faizi ABŞ prezidentinin ilk 100 gün ərzində fəaliyyətini bəyənib. Bununla belə, sorğu zamanı D. Trampa seçkilərdə səs verənlərin mütləq əksəriyyətinin – 94 faizi yenə də fikrini dəyişmədiyi, prezident postunda onun fəaliyyətini bəyəndiyi üzə çıxıb. Prezidentliyə namizəd olmuş sabiq dövlət katibi Hillari Klintonun tərəfdarlarının 92 faizi də öz fikirlərinə qalır, D. Trampa qarşı çıxış edir. Sorğu 17-20 aprel tarixlərində 1004 nəfər arasında keçirilib. (APA) Geri qayıt |