Əsas Səhifə > Dünya / Manşet > Ermənistanda tarixi binalar satışa çıxarılıb

Ermənistanda tarixi binalar satışa çıxarılıb


24-04-2017, 16:21.
title}
Ermənistanda tarixi binalar satışa çıxarılıb


Ermənistan KİV-ləri hökumətin dövlət mülkiyyətində olan binaları satışa çıxardığını yazır. Bildirilir ki, iqtisadiyyatdan heç bir gəlir gəlmədiyindən büdcəni doldurmaq mümkün olmadığına görə hökumət bu yola əl atmaq məcburiyyətində qalıb.

SİVİL.AZ xəbər verir ki, “Çorrord İşxanutyun” nəşri yazır ki, satışa çıxarılan binalar arasında Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Opera və Balet Teatrının binaları da var. Teatr bundan sonra restoran kimi fəaliyyət göstərəcək.

Bu qərar mədəniyyət işçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar bildiriblər ki, hökumət kommersiya maraqlarına son verməlidir. Opera və Balet Teatrının restorana çevrilməsi ilə problemləri aradan qaldırmaq mümkün deyil. Əksinə, bir müddət sonra hamı mədəniyyətin bu sahəsinin də tamamilə tənəzzülünün şahidi olacaq.

Ermənistanın mədəniyyət və turizm naziri Armen Amiryan isə Opera və Balet Teatrını alan şəxsin oranı həm də sauna və idman zalı kimi istifadə edəcəyini deyib.

Qeyd edək ki, həmin bina 1940-cı ildə tikilib. O vaxtadək ərazi bütünlüklə azərbaycanlılara məxsus meyvə bağlarından ibarət olub. Həmin dövrlərdə İrəvan əhalisinin böyük hissəsini də azərbaycanlılar təşkil edirdi.
Geri qayıt