Əsas Səhifə > Dünya > BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər

BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər


24-04-2017, 23:52.
title}
BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər


Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.


SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır".

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.
Geri qayıt