Əsas Səhifə > Dünya > Obamanın Mişeldən əvvəl iki dəfə evlilik təklif etdiyi qadın

Obamanın Mişeldən əvvəl iki dəfə evlilik təklif etdiyi qadın


3-05-2017, 18:35.
title}
Obamanın Mişeldən əvvəl iki dəfə evlilik təklif etdiyi qadın


ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama bir çox insanın ideal cütlüyüdür. Lakin Obamanın Mişeldən əvvəl başqa qadına evlilik təklif etdiyini çox az adam bilir.

SİVİL.AZ xəbər verir ki, bu haqda amerikalı yazar David Garrou Obamanın bioqrafiyasını yazdığı “Rising Star”(Parlayan Ulduz) kitabında yazıb. Yazıçı Obamanın 20 yaşlarında Çikaqoda yaşadığı zaman Şeyla Miyoşi Ceyqr (Sheila Miyoshi Jager) adlı xanımla münasibətlərini işıqlandırıb.

Alman və yapon əsilli xanım antropologiya üzrə təhsil alıb. Təbiətən uyğun olduqlarını deyən Ceyqr Obamanın elə həmin dövrlərdən prezident olmaq istədiyini vurğulayıb.

Ceyqr 86-ci ilin qışında Obamanın ona evlilik təklif etdiyini deyib. Lakin Ceyqrın valideynləri Obamanın işlə bağlı gələcək planlarından narahat olublar və qızlarının hələ gənc olmasına görə bu evliliyə qarşı çıxıblar. Bu isə onların münasibətlərini korlamayıb.

Ceyrq Obamanın 25 yaşından sonra dəyişdiyini daha çox ambisiyalı olduğunu bildirib. Obamada artıq prezident olmaq üçün lazımı bacarığın olduğunu deyən Ceyqr həmin dövr Çikaqosunda irqinin Obamanın irəlləməsi üçün çətinlik yaratdığını bildirib. Nəticədə cütlük arasında mübahisələr başlayıb. Obama sevdiyi qadın ilə yaşamaq istədiyi tale arasında qalıb.

Obamanın Çikaqonu tərk edərək Harvard Hüquq Məktəbində oxumağı düşünməsi isə münasibətlərini bir az da kəskinləşdirib. Bu isə Obamanın Ceyqra evlənərək Harvarda gəlmə təklifinin qarşısını almayıb. Lakin Ceyqr təklifi qəbul etməyərək öz araşdırmaları üçün Seula gedib. Beləliklə cütlük yollarını ayırıb.

Hüquq məktəbinin ilk ilini bitirən Obama Mişelin işlədiyi hüquq firmasında təcrübə keçərkən onunla tanış olur. Onlar tezliklə ciddi münasibət qururlar. Hadisələrin inkişafı Ceyqrı da Harvarda gətirir. Müəllif yazır ki, 1990-91 illərdə Obamanın Mişellə ciddiləşən münasibətlərinə baxmayaraq o, Ceyqr ilə hərdən görüşür. Obama ilə Mişelin münasibətinə fikir bildirən Ceyqr bunun ona pis təsir etdiyini qəbul edib.

Obama Mişellə evləndikdən sonra da Ceyqrla ciddi hadisələr zamanı əlaqə saxlayıb. ("Qaynar")
Geri qayıt