Əsas Səhifə > Dünya > Suriyada atəşkəs: Astana anlaşması qüvvəyə mindi
Suriyada atəşkəs: Astana anlaşması qüvvəyə mindi5-05-2017, 17:58. |
Ötən gün Rusiya, İran və Türkiyə arasında keçirilən görüşdə əldə olunan razılaşma bu gündən qüvvəyə minir. SİVİL.AZ xəbər verir ki, tərəflər Suriyanın 4 nöqtəsində təhlükəsizlik zonasının yaradılması ilə bağlı ortaq məxrəcə gəliblər. Suriyanın Xarici İşlər Nazirinin də dəstəklədiyi təhlükəsizlik zonaları İblib, Homs vilayətləri, Quta şəhəri və Suriyanın cənub hissəsində yerləşəcək. Həmin bölgələrdə humanitar qurumlar fəaliyyət göstərə biləcəklər. Ərazidə infrastruktur yenilənəcək, silahdan istifadə olunmayacaq. Təşəbbüs müxalif qüvvələr tərəfindən müsbət qarşılansa da İranın sülh zəmanətçisi rolunu qəbul etməyiblər. Qeyd edək ki, razılaşma 6 ay qüvvədə qalacaq. (“Qaynar”) Geri qayıt |