Əsas Səhifə > Dünya > Türkiyənin 19 kənd və 81 prospektində küçəyə çıxmaq qadağası qoyuldu
Türkiyənin 19 kənd və 81 prospektində küçəyə çıxmaq qadağası qoyuldu8-05-2017, 11:19. |
Türkiyənin 19 kənd və 81 prospektində küçəyə çıxmaq qadağası qoyulub. SİVİL.AZ xəbər verir ki, Mingölün Gənc bölgəsinə bağlı olan 19 kənd və 81 prospekt arasında yerləşən ərazidə keçiriləcək əməliyyatdan öncə yerli sakinlərin zərər görməməsi üçün bu gün saat 00.00-dan etibarən qadağanın götürülməsi ilə bağlı xəbər verilənədək küçəyə çıxmaq qadağası elan edilib. Bu bölgədə fəaliyyət göstərən, aralarında yüksək vəzifəli qruplaşma liderlərinin də yer aldığı güman edilən terrorist dəstənin üzvlərini zərərsizləşdirmək, sığınacaqlarını və silah-sursatlarını ələ keçirmək məqsədilə Gənc bölgəsi, Qarcı, Yelqaya, Üçgül, Döşəkqaya, Dirəkli, Əricək, Sərvi, Xarmancıq, Çoban Çesməsi, Sarıbudaq, Yaydərə, Böyükçağ, Çevirmə, Yayla, Şəhitkənd, Yeniyazı, Doğanca, Bulqurluq ve Yolaçtı kəndləri, həmin kəndlərə bağlı olan məhəllə ve yollar arasında qalan ərazilərdə əməliyyat təşkil olunacaq. Sözügedən qadağa vətəndaşların can və əmlak təhlükəsizliyinin təmin olunması məqsədilə elan edildiyindən ciddi şəkildə riayət edilməsi tövsiyə edilir. (Qaynar) Geri qayıt |