Əsas Səhifə > Dünya > Fransanın birinci xanımı: qızı ərindən yaşlıdır... -
Fransanın birinci xanımı: qızı ərindən yaşlıdır... -8-05-2017, 11:31. |
Fransanın yeni prezidenti Emmanuel Makron seçilib və ölkənin birinci xanımı Bricit Makron olub. SİVİL.AZ xəbər verir ki, yeni prezidentdən 24 yaş böyük olan "first lady" 1953-cü ildə Amiens şəhərində şokolad istehsalçısı olan varlı ailədə doğulub. Onlar 1992-ci ildə tanış olub. Belə ki, 15 yaşlı Makron özündən 24 yaş böyük, evli və uşaq anası olan ədəbiyyat müəlliməsinə aşiq olub. Müəllimə ona dəfələrlə "yox" cavabı verib, ata-anası onu Parisə başqa bir məktəbə göndərib, amma gələcək prezident inadından dönməyib. O, Bricitə "Geri dönəcəm və səninlə evlənəcəm" deyib və vədini 30 yaşında yerinə yetirib. Bricit bir müsahibəsində qızı Laurense Auzyeredən bir neçə ay kiçik olan Emmanuel Makronun sevgisinə uzun müddət cavab vermədiyini, ancaq aradakı məsafəyə rəğmən, yazdığı məktublara və romantizmə yenik düşdüyünü bildirib. Beləliklə, Makron ondan öncə bankir Andre Luis Auzyere ilə evli və 3 uşaq anası olan Bricitlə evlənərək illər sonra onu Fransanın birinci xanımı edib. ("Qaynarinfo") Geri qayıt |