Əsas Səhifə > Dünya > ABŞ-da valideynlər 7 yaşlı uşağı işgəncə ilə öldürüb donuzlara yedirib -
ABŞ-da valideynlər 7 yaşlı uşağı işgəncə ilə öldürüb donuzlara yedirib -10-05-2017, 22:04. |
7 yaşlı Adrian adlı uşaq ağır işgəncələrə məruz qalıb. ABŞ-ın Kanzas ştatında dəhşətli hadisə baş verib. SİVİL.AZ xəbər verir ki, 7 yaşlı Adrian adlı uşaq ağır işgəncələrə məruz qalıb. Ölmədən əvvəl onun bir dəri, bir sümükdən ibarət olduğu deyilib. Bir dəfə isə ata və ögey ana qaçmağa çalışdığı üçün Adrianın ağzını tikib. Valideynlər işgəncələrdən sonra uşağı öldürüblər. Bununla da kifayətlənməyən qəddar ata və ögey ana uşağın cəsədini donuzlara yem ediblər. Təhlükəsizlik kamerası tərəfindən lentə alınan bir görüntüdə əlləri bağlı olan uşağın yerə tökülən yeməyi yediyi əks olunub. Hadisə ortaya çıxandan sonra valideynlər həbs edilib. 2015-ci ildə törədilmiş cinayətlə bağlı məhkəmə bu yaxınlarda başa çatıb. Qəddar ər və arvad ömürlük həbs cəzası alıb. Geri qayıt |