Əsas Səhifə > Dünya > Sevgi öpüşü 17 yaşlı oğlanı öldürdü
Sevgi öpüşü 17 yaşlı oğlanı öldürdü12-05-2017, 00:04. |
Meksikada 17 yaşlı oğlan sevgilisi ilə görüşdən sonra ölüb SİVİL.AZ xəbər verir ki, 17 yaşlı Xulio Masias Qonsalesin ölüm səbəbini araşdırıkən ölümün beyin qan dövranının trombu səbəbindən baş verdiyi öz təsdiqini tapıb. Trombun əmələ gəlməsinə səbəb isə oğlanın sevgilisi tərəfindən dişlənməsi olub. Sevgilisi gənc Xulionun boğaz nahiyəsinin dişləyib. Bunu həkimlər ölən oğlanın boyun nahiyəsində gördükləri göyərti və dişlək izindən təyin edib. Həkimlər sorma nəticəsində boğaz nahiyəyə qanın çox yığılmasını və laxtalanmasını, dişlənən damara daxil olan trombun isə beyində patolojiya yaratdığını təsdiq edib. Həkimlərin rəyinə görə ölümün səbəbi sevgi olub. Tibbi statistikada bu səbəbdən baş verən ölümlərin dəfələrlə olduğu qeyd edilib. Bir-neçə il qabaq Yeni Zellandiyada 44 yaşlı qadın da bu səbəbdən ölmüşdür. Mütəxəssislər bədənin istənilən nahiyəsində göyərtilərin əmələ gəldiyi zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Çünki, adi bir ehtiyatsızlıq ölümə səbəb ola bilir. Geri qayıt |