Əsas Səhifə > Dünya > Kilsədə Pokemon oynadı, həbs edildi

Kilsədə Pokemon oynadı, həbs edildi


12-05-2017, 14:14.
title}
Kilsədə Pokemon oynadı, həbs edildi


22 yaşlı blogger Ruslan Sokolovskiy Yekaterinburq məhkəməsi tərəfindən üç il yarım müdddətinə azadlıqdan şərti olaraq məhrum olunub.

SİVİL.AZ Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Ruslan ötən ilin yayında sosial şəbəkələrə video yerləşdirib. Videoda o, Yekaterinburqdakı kilsədə Pokemon Go oynadığını nümayiş etdirib. Həmçinin videoda senzuradankənar sözlər və təhqiramiz ifadələr, şərhlər olub.

Buna görə də, Sokolovskiyə qarşı Rusiyanın Cinayət Məcəlləsinin üç maddəsi - insanlıq dəyərlərinin dağıdılması, din və vicdan azadlığı hüququnun pozulması, eləcə də informasiyanın gizli alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz dövriyyəsi üzrə cinayət işi açılıb.
Sokolovskinin adı ekstremistlər siyahısına salınıb: onun bank hesabları dondurulub, ölkədən çıxışı da məhdudlaşdırılıb. Ən əsası isə bloqqerin internetdən istifadəsinə qadağa qoyulub.

Bloqqer dini inanclarının olmadığını və özünü günahkar hesab etmədiyini söyləyib.
Geri qayıt