Əsas Səhifə > Dünya > Gürcülər rusları özlərinin ən böyük düşməni sayır

Gürcülər rusları özlərinin ən böyük düşməni sayır


13-05-2017, 02:46.
title}
Gürcülər rusları özlərinin ən böyük düşməni sayır


Gürcülər Rusiyanı özləri üçün daha böyük təhdid sayırlar.

SİVİL.AZ xəbər verir ki, bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Gürcülərin 63%-i bu fikri müdafiə edib. Ondan sonrakı yerləri Türkiyə (6%), ABŞ (5%), Ermənistan (1%), İran (1%) və Gürcüstanın özü (1%) tutub.

Gürcülərin fikrincə, Gürcüstanın təhlükəsizliyini ən yaxşı ABŞ (35%) təmin edir. Ondan sonrakı yerlərdə isə Gürcüstan (12%), Rusiya (10%), Azərbaycan (2%), Fransa (1%), Türkiyə (1%), Almaniya (1%) qərarlaşır. (Axar.az)
Geri qayıt