Əsas Səhifə > Dünya / Üst manşet > 75 faiz fransız Fransua Fiyonu istəmir
75 faiz fransız Fransua Fiyonu istəmir17-03-2017, 14:09. |
Fransızların 75 faizi “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyonun prezident seçkilərində iştirakdan imtina etməsini istəyir. Bu nəticə “Odoxa” sosioloji xidmətinin dərc edilən sorğusunda əksini tapıb. Martın 15-16-da keçirilmiş internet sorğuda 18 yaşdan yuxarı 1006 nəfər iştirak edib. Rəyi soruşulanların 250-si solçuların, 175-i sağçıların ideyasını, 171-i isə “Milli cəbhə” partiyasının proqramını dəstəkləyib. Bununla yanaşı, respondentlərin 89 faizi Fiyonu “düzgün adam” saymır və demək olar ki, 78 faizi onun haqqında pis fikirdədir. Xatırladaq ki, yanvar ayının sonlarında Fransua Fiyon “Canard enchaine” qəzetinin seriya məqalələrindən sonra Fransa KİV-lərinin hədəfinə çevrilib. Nəşrin iddiasına görə, siyasətçinin həyat yoldaşı Penelopa Fiyon uzun müddət parlamentdə onun köməkçisi vəzifəsini tutub və buna görə müvafiq maaş alsa da, “heç bir real iş görməyib”. Bu iş üzrə martın 14-də Fiyona dövlət vəsaitini mənimsəmə barədə rəsmi ittiham irəli sürülüb. Martın 12-də isə “Journal du Dimanche” qəzeti Fiyonu həddən artıq bahalı geyim almaqda günahlandırıb. Fiyonun işi ilə məşğul olan təhqiqatçılar siyasətçiyə “naməlum dostu” tərəfindən 13 min avro dəyərində iki kostyumun hədiyyə olunmasına dair informasiya ilə maraqlanmağa başlayıb. Fransua Fiyon öz növbəsində ona qarşı irəli sürülən ittihamı əsassız adlandırıb və seçkilərdə iştirakını davam etdirəcəyini bildirib. Aldığı hədiyyələrə gəldikdə isə “burada qeyri-qanuni heç nə olmadığını” deyib. Geri qayıt |