Əsas Səhifə > Dünya / Üst manşet > Ərdoğan: “İpək yolu” üzv ölkələrdə həyat səviyyəsini yüksəldəcək

Ərdoğan: “İpək yolu” üzv ölkələrdə həyat səviyyəsini yüksəldəcək


14-05-2017, 09:40.
title}
Ərdoğan: “İpək yolu” üzv ölkələrdə həyat səviyyəsini yüksəldəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, “Bir kəmər-bir yol” təşəbbüsü bura cəlb edilən ölkələrin inkişafına mühüm töhfə verə və həmin dövlətlərdə vətəndaşların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

SİVİL.AZ-ın verdiyi məlumata görə, “İpək yolu” ilə əlaqədar Pekində keçirilən “Bir kəmər-bir yol” adlı beynəlxalq forumda çıxış edən Türkiyə prezidenti bildirib ki, bu layihənin dünyaya sülh və stabillik gətirəcəyinə, bu əməkdaşlıq modelinin uğurlu olacağına əmindir.

R. T. Ərdoğan deyib ki, “Bir kəmər-bir yol” təşəbbüsü qarşılıqlı fayda prinsipinə əsaslanır, regionda iqtisadi və siyasi münasibətlərdə yeni eranın başlanğıcıdır.

Qeyd edək ki, 14-15 may tarixlərində Pekində “Bir kəmər-bir yol” beynəlxalq forumu keçirilir. Forumda 29 ölkənin prezidenti və baş naziri iştirak edir.
Geri qayıt