Əsas Səhifə > Dünya / Üst manşet > “Yaşasın Ukrayna” demədi, güllələdilər
“Yaşasın Ukrayna” demədi, güllələdilər15-05-2017, 22:20. |
Ukraynanın Dnepropetrosk vilayətində “Sağ Sektor”un rəhbəri Dmitri Yaroşun mühafizəçilərinin iştirakı ilə atışma baş verib. SİVİL.AZ xəbər verir ki, mayın 14-də Kamenski şəhərində taksi sürücüsü sərnişinlərin “Yaşasın Ukrayna” çağırışlarına “Qəhrəmanlara eşq olsun” cavabını verməyib. Bundan sonra sərnişinlər sürücünü döyməyə başlayıblar. Onlardan biri sürücünün ayağına atəş açıb. Hadisə yerinə gələn digər taksi sürücülərindən biri də güllə yarası alıb. Şəhər polisindən bildiriblər ki, sərnişinlərdən ikisi tutulub, digəri isə qaçmağa müvəfəq olub. Tutulanlardan Roman Maliseviç “Sağ Sektor”un lideri Dmitri Yaroşun şəxsi mühafizəçisidir. (Axar.az) Geri qayıt |