Əsas Səhifə > Dünya > Paris aeroportunda naməlum şəxs patrula hücum edib

Paris aeroportunda naməlum şəxs patrula hücum edib


18-03-2017, 14:05.
title}
Paris aeroportunda naməlum şəxs patrula hücum edib

Fransanın paytaxtı Parisin “Orli” hava limanında naməlum şəxs hərbi patrula hücum edib.

AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, naməlum kişi “Sentinelle” əməliyyatı çərçivəsində təhlükəsizliyi təmin edən patrulun silahını ələ keçirməyə cəhd göstərib. Hərbçilərin açdığı atəş nəticəsində həmin şəxs öldürülüb.

Hazırda “Orly Sud” terminalı təxliyə olunub, polisin xüsusi təyinatlı dəstələri hadisə yerini mühasirəyə alıb. Last News nəşrinin yaydığı xəbərə görə, təxliyə edilənlərin sayı 3 min nəfərə yaxındır.

Fransanın daxili işlər naziri Brüno Le Runun da aeroporta gəldiyi bildirilir.
Geri qayıt