Əsas Səhifə > Dünya > “Uçan avtomobil”də gediş haqqı taksidən baha olmayacaq

“Uçan avtomobil”də gediş haqqı taksidən baha olmayacaq


22-05-2017, 14:50.
title}
“Uçan avtomobil”də gediş haqqı taksidən baha olmayacaq


Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin "uçan avtomobil”ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, "hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək.

SİVİL.AZ xəbər verir ki, “Airbus” şirkətinin uçan aparatı kabinində pilot olmayan avtonom uçan aparatdır. Müştərilər mobil proqramın köməyi ilə uçan avtomobili yaxınlıqda yerləşən helikopter meydançasına sifariş edə biləcəklər.

Konsern ilin sonunadək pilotsuz uçan avtomobili sınaqdan keçirmək niyyətindədir. Hazırlanmış prototipin maksimum uçuş məsafəsi təxminən 50 km təşkil edəcək. 2020-ci ilədək təqdim ediləcək yekun modeldə uçuş məsafəsi iki dəfə daha yüksək olacaq. (AZƏRTAC)
Geri qayıt