Əsas Səhifə > Dünya > "Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirilib

"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirilib


18-03-2017, 19:46.
title}
"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirilib

Dələduzluq maddəsi ilə həbs olunan "Roskosmos" korporasiyasının icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb.

Bu barədə "Interfax" agentliyi öz mənbələrinə istinadən yazır. Bildirilir ki, ölümün səbəbləri araşdırılır.

İnformasiyanı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib. Rusiya İstintaq Komitəsinin Moskva İdarəsindən isə bildirilib ki, V.Yevdokimov aldığı bıçaq yaralarından ölüb.

"Roskosmos"un bəyanatında isə bildirilir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Geri qayıt