Əsas Səhifə > Dünya > Alimlər sübut etdi:

Alimlər sübut etdi:


23-05-2017, 23:09.
title}
Alimlər sübut etdi:


Yaponiya alimləri kosmosda insanların təbii çoxalmasının mümkün olduğunu sübut ediblər.

SİVİL.AZ-ın verdiyi məlumata görə, 12 ay müddətində Beynəlxalq Kosmik Stansiyada dondurulmuş halda saxlanılan sperma vasitəsilə siçanların doğulmasından sonra alimlər bu nəticəyə gəliblər.

Tədqiqatçılar bildirir ki, əgər bəşəriyyət kosmosda yaşayacaqsa, o zaman dondurulmuş spermanı kifayət qədər uzun müddət saxlamağa imkan verən yeni texnologiyalar tələb olunacaq.

Alimlər xatırladıblar ki, Beynəlxalq Kosmik Stansiyada radiasiyanın səviyyəsi yerdəkini 100 dəfə üstələyir. Ancaq bu radiasiya toxumun həyat qabiliyyətinə təsir etməyəcək. (lent.az)
Geri qayıt