Əsas Səhifə > Dünya > Ceyms Bond rolunu ifa edən aktyor Rocer Mur vəfat edib

Ceyms Bond rolunu ifa edən aktyor Rocer Mur vəfat edib


24-05-2017, 00:06.
title}
Ceyms Bond rolunu ifa edən aktyor Rocer Mur vəfat edib


Ceyms Bond rolunun ifaçısı kimi məşhurlaşan britaniyalı aktyor Rocer Mur 90 yaşında dünyasını dəyişib.

SİVİL.AZ xəbər verir ki, aktyorun ailəsi onun xərçənglə “qısamüddətli, lakin cəsur” mübarizədən sonra İsveçrədə vəfat etdiyini deyib. Dəfn mərasiminin Monakoda keçiriləcəyi bildirilir.

Xatırladaq ki, Rocer Mur “Yaşa və ölməyə imkan ver” (1973), “Qızıl tapançalı adam” (1974), “Mənə aşiq olan casus” (1977), “Ay sürücüsü” (1979), “Yalnız sənin gözlərinin xətrinə” (1981), “Səkkizayaqlı ilbiz balası” (1983) və “Ölümə mənzərə” (1985) filmlərində agent 007 obrazını canlandırıb. Bondianadan getdikdən sonra aktyor UNICEF-in xoşməramlı səfiri olub. 2003-cü ildə xeyriyyə fəaliyyətinə görə “Cəngavər” tituluna layiq görülüb.
Geri qayıt