Əsas Səhifə > Dünya > Reys təxirə salındı -

Reys təxirə salındı -


25-05-2017, 16:42.
title} Meksikadan Böyük Britaniyaya uçmalı olan təyyarənin pilotu reysi həyata keçirməkdən imtina edib.

SİVİL.AZ-ın məlumatına görə, buna səbəb sərnişinlərdən birinin telefonunda təyyarəyə oturduqdan sonra “Cihadçının telefonu” adlı Wi-Fi şəbəkəsi tapması olub.

Sərnişin bu barədə göyərtə əməkdaşlarına məlumat verdikdən sonra təyyarəyə polis çağırılıb. Polisin axatrışları fayda verməyib. Belə ki, həmin şəbəkənin kim tərəfindən yaradıldığı məlum olmayıb.

Eyni zamanda təyyarədə ekstremistin ola bilməsi barədə ehtimal sərnişinlər arasında təşvişə səbəb olub.

Şəbəkə bir neçə saat sonra yoxa çıxsa da, pilot uçuşu həyata keçirməyə razı olmayıb. Nəticədə sərnişinlər təyyarədən təxliyyə edilərək hotellərə yerləşdirilib. (Trend)
Geri qayıt