Əsas Səhifə > Dünya > İki dünya nəhəngi üz-üzə: Çindən müharibə hədəsi gəldi
İki dünya nəhəngi üz-üzə: Çindən müharibə hədəsi gəldi28-05-2017, 19:00. |
Çin və ABŞ arasında gərginlik gün keçdikcə artır. SİVİL.AZ xəbər verir ki, Asiya ölkəsinin müdafiə nazarliyi ABŞ-a xəbərdarlıq edib. Müdafiə Nazirliyi ABŞ-a Çin sərhədləri yaxınlığındakı hərbi manevrlərinə son qoymağa çağırıb: "ABŞ-ı gələcəkdə bənzər olaylardan qaçmağa çağırırıq. Əks halda Çin Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirəcək, ölkənin müstəqilliyini və milli təhlükəsizliyini lazımı şəkildə müdafiə edəcək". ABŞ hərbi təyyarəsinin Honq-Konq şava sərhədləri yaxınlığında kəşfiyyat apardığı da bildirilən açıqlamada amerikalıların Cənubi Çin dənizindəki fəaliyyətinin Çinin müstəqilliyi üçün təhdid olduğu qeyd edilir. Qeyd edək ki, ABŞ-la Çin arasında gərginlik bir neçə gündü davam edir. Bundan əvvəl ABŞ donanmasına aid hərbi təyyarə Çinə məxsus mərcan adalarının yaxınlığında görünmüşdü. Çin bundan sonra Vaşinqtonu Cənubi Çin dənizini silahlandırmaqda günahlandırmışdı. ("Qaynarinfo") Geri qayıt |