Əsas Səhifə > Dünya > 11 il piyada: 75500 kilometr yol, 64 ölkə, 6 səhra…
11 il piyada: 75500 kilometr yol, 64 ölkə, 6 səhra…28-05-2017, 22:40. |
“Cəmiyyət tərəfindən yeyilməkdənsə, Afrika şirlərinə yem olmaq yaxşıdır” SİVİL.AZ-ın məlumatına görə, Jan Belivo adlı kanadalı orta yaş böhranından qurtulmaq üçün uzun səyahətə çıxıb. O, 11 il ərzində dünyanın 64 ölkəsini, ümumilikdə 75500 kilometr yolu piyada gəzib. 45 yaşadək Monrealda kiçik biznes sahibi olan Jan Belivo həyat, onun mənası, rolu haqqında düşünməyə başlayır. Fikirlərini toplamaq üçün o, əvvəlcə şəhər üzrə yürüyüşlərə çıxır. Daha sonra isə uzun səyahətə çıxmaq qərarı verir. “Bu yolu qət etmək mümkündürsə, dayanmaq nəyə gərək?” – deyib, yola düzəlir. 3000 dollarla 11 illik səyahətə çıxdı “Cəmiyyət tərəfindən yeyilməkdənsə, Afrika şirlərinə yem olmaq yaxşıdır”, – deyə düşünən Jan əşyalarını hazırlayıb yola düşür. Həyat yoldaşı onun bu ideyasını dəstəkləyir. Ailə büdcəsindən ona 3000 dollar verir. Jan özü ilə az miqdarda yemək, paltar, tibbi çanta, kiçik çadır və yataq torbası götürür, onları üç təkərli arabasına yerləşdirir. Bununla da o, indiyə qədər olan və rəsmi şəkildə qəbul edilmiş ən uzun səyahətə çıxır. Sülh və uşaqların müdafiəsi uğrunda yürüş Jan bu yürüşü sülh uğrunda mübarizəyə və uşaqların müdafiəsinə həsr edib. 11 il piyada gəzərək o, 75500 kilometr, 64 ölkə, 6 səhra qət edib. Bu zaman ərzində 54 cüt ayaqqabı dəyişib, bunların əvəzində isə yaddaşdan silinməyəcək bir çox macəra yaşayıb. Qvatemala və Ekvadorun yerli kriminal qrupları onun atdığı bu qeyri-adi addıma hörmət kimi Janı öz himayələrinə alıblar. Onu pulla təmin ediblər. Jan Sudanda uzun saqqal saxlamalı, Afrikada həşaratlarla qidalanmalı olub. CAR-da polislər onu həbsxana kamerasına yerləşdirərək gecələmə yeri ilə təmin ediblər. Səyahəti ərzində Belivo yerli əhalinin evində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olub. 11 ilə 1600 ailə ilə tanış olub Bu müddət ərzində o, 1600 ailə ilə tanış olub. Bəzi ölkələrə (Liviyaya) viza almaq mümkün olmayıb. Digərləri isə (Hindistan, Efiopiya) onu yoxsulluğu ilə çox kədərləndirib. Bütün bunlara baxmayaraq, insanlar onu mehribançılıqla qarşılayıblar. Jan səyahəti boyu yalnız yolun piyada gedilməyi mümkün olmayan hissələrinə pul xərcləyib. Hətta yeni ayaqqabıları belə ona müxtəlif ölkələrin insanları hədiyyə edib. Nəvəsini belə 5 il sonra görüb Yeni biliklərlə zənginləşən Jan bütün bunlarla bərabər ailə ocağından məhrum olub. 11 il ərzində Janın həyat yoldaşının onunla görüşə biləcəyi yerlərə gəlməsinə, onun rəsmi internet səhifəsini dəstəkləməsinə baxmayaraq, cütlük evliliyini qoruya bilməyib. Belivo uşaqlarının həyatındakı vacib anlarını da qaçırıb. O, Monrealı tərk edən zaman qızının 18, oğlunun isə 20 yaşı var idi. Sonradan Jan baba olub, lakin nəvəsi ilə ilk dəfə onun 5 yaşı tamam olduqdan sonra görüşüb. Jan Azərbaycanda da olub Bütün bunlara baxmayaraq, Jan heç nədən heyfslənmir. 2000-ci ilin avqustundan 2011-ci ilin oktyabrına qədər o dünyanın demək olar ki, hər nöqtəsində olub. Gedilən ölkələr arasında həmçinin – Azərbaycan, Türkiyə, İran, Çin, Yaponiya, İndoneziya, Avstraliya, Braziliya, Kolumbiya, Cənubi Afrika, Misir, Mərakeş də var. İndi Jan Belivo Kanadanın sıx meşəliklərində “Xəyallarının evi”ni inşa edir. Gələcək üçün yeni səyahət planlayır. (səyahətçi bloqu) Geri qayıt |