Əsas Səhifə > Dünya / Üst manşet > Türk qəzetinin baş redaktoru qətlə yetirilib

Türk qəzetinin baş redaktoru qətlə yetirilib


30-05-2017, 01:21.
title}
Türk qəzetinin baş redaktoru qətlə yetirilib


İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, insidentə ailə münaqişəsi səbəb olub.

Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.

İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir. (APA)
Geri qayıt