Əsas Səhifə > Dünya / Üst manşet > Lavrov: “İki terror təşkilatı razılaşıb”

Lavrov: “İki terror təşkilatı razılaşıb”


31-05-2017, 20:48.
title}
Lavrov: “İki terror təşkilatı razılaşıb”


YPG (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşıb.

SİVİL.AZ xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

“Müdafiə Nazirliyimiz İŞİD-ə Rakkadan çıxmaq üçün dəhliz yaradılması barədə razılaşmanın olduğunu təsdiqləyir. Bu məlumat etibarlı mənbələrə söykənir. Bundan başqa, məlumatın yayıldığı vaxt İŞİD döyüşçüləri Rakkanı tərk edərək Palmira istiqamətində irəlilədilər. Rusiya ordusu İŞİD kolonunu vurdu və buna görə də Palmiraya çatmadılar”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Lavrov Rusiya hava qüvvələrinin İŞİD-in hərəkətlərini daim izlədiyini və harada olmasından asılı olmayaraq vurulacağını bildirib. (Publika.az)
Geri qayıt