Əsas Səhifə > Dünya > 1 milyon insan bu gün mitinqə çıxacaq -
1 milyon insan bu gün mitinqə çıxacaq -24-03-2017, 15:10. |
1 milyon insan islahat tələbi ilə küçələrə çıxacaq. SİVİL.AZ "Qaynar"-a istinadən xəbər verir ki, 1 milyon iştirakçısı olacağı təxmin edilən mitinq İraqın paytaxtı Bağdadda keçiriləcək. Mitinqə Müktəda əs- Sədrin də qatılacağı gözlənilir və bu, içtirakçı sayını artıracaq. İraq Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw”ın xəbərinə görə, mitinqdə 1 miyondan çox insan iştirak edəcək və islahat çağırışı səsləndirəcək. Sədr Hərəkatı tərəfindən keçiriləcək aksiyalarla əlaqədar olaraq “Təhrir” Meydanının adının “İslahat” Meydanı qoyulduğu da yayılan xəbərlər arasındadır. Qeyd edək ki, artıq 2 ilə yaxındır hər cümə günü Sədr tərəfdarları islahat çağırışı ilə mitinq keçirir. Hər dəfə tələblərə yeniləri əlavə edilir. Bu dəfə isə mitinqə 1 milyon insanın çıxacağı güman olunur. Geri qayıt |