Əsas Səhifə > Dünya / Manşet > Ordumuz vurdu, Ermənistan QARIŞDI -

Ordumuz vurdu, Ermənistan QARIŞDI -


1-06-2017, 15:56.
title}
Ordumuz vurdu, Ermənistan QARIŞDI -


Ermənistanın Müdafiə Nazirliyində kütləvi istefalar gözlənilir.

SİVİL.AZ xəbər verir ki, bu barədə “Joxovurd” hərbi mənbələrə istinadən yazıb.

Qəzet qeyd edir ki, yaxın vaxtlarda Müdafiə Nazirliyinin bir sıra idarə müdirləri, həmçinin, Baş qərargahdakı məmurlar və hərbi hissə komandirləri vəzifələrindən çıxarılacaq.

Bu prosesin əsas səbəbinin son dövrlər Ermənistan ordusunun verdiyi itkilər və Azərbaycan Ordusunun endirdiyi zərbələrin qarşısını ala bilməmək olduğu deyilir.

Qəzet yazır ki, Müdafiə Nazirliyində “təmizləmələr” haqda qərar mayın 25-də Serj Sarkisyanın Müdafiə Nazirliyində qapalı toplantıda verilib.

“İstefalar haqda iddialar də məhz həmin toplantıdan bir gün sonra yayılmağa başlayıb”, - qəzet vurğulayır. (Publika.az)
Geri qayıt