Əsas Səhifə > Dünya > Hüsnü Mübarək 6 illik həbsdən sonra evində
Hüsnü Mübarək 6 illik həbsdən sonra evində24-03-2017, 15:58. |
Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb. Bu barədə “Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib. Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib. 88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu. H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb. “O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, - deyə əd-Dib bildirib. H. Mübarək 2011-ci ilin yazında həbs olunub. Geri qayıt |