Əsas Səhifə > Dünya > İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -

İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


4-06-2017, 15:10.
title}
İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


Dünya ölkələrində fəaliyyət göstərən bir çox maraqlı zooparklar var ki, hətta turistik məkana belə çevrilib. Lakin zoopark dedikdə insanın ağlına ilk olaraq müxtəlif heyvanların saxlanıldığı müəssisə, qoruq yada düşür. Bu dəfə bəhs edəcəyimiz məkan isə heyvanlarla deyil, insanlarla zəngindir.

SİVİL.AZ Publika.az-a istinadla sizə insan zooparkları haqqında dəhşətli faktları təqdim edir:

Yaxın keçmişdə dünyada çoxsayda insan zooparkları mövcud idi. İnsanları qəfəslərdə saxlayan müəssisələr onları nümayiş etdirməklə qazanc əldə edirdi. Bu dəhşətli yeri ilk dəfə Karl Xaqenberk açıb. İlk insan zooparkının əsasını qoyan Karl 1889-cu ildə Çili hökümətinin icazəsi ilə ölkədə saxlanılan Selknam tayfasından olan 11 əsiri qəfəsə qoyaraq ilk insan zooparkını Avropa turuna çıxarır.

1. Bu afrikalı qız 1958-ci ildə Belçikanın paytaxtı Brüsseldə yaradılan insan zooparkında nümayiş olunmuşdu. Bu şəkillərdə insan alverinin dəhşətli üsulları təsvir olunub. Qaradərili qız qəfəsin kənarından keçən ağdərili qadının əlindən yemək götürür. Xoşbəxtlikdən Belçikada insan zooparkları uzun müddət mövcud olmayıb. Hökümət bu iyrənc nümayişlərin keçirilməsini ləğv edib.

İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


2. Ota Benqa 1906-cı ildə Nyu-Yorkda fəaliyyət göstərən Bronksa adlı insan zooparklarında nümayiş olunub.

İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


O, qucağında nəhəng meymunla gələn qonaqların qarşısında gəzməyə məcbur edilirdi. Ota Afrikadan ABŞ-a fillərə qulluq etmək üçün gətirilmişdi. Lakin ağlına belə gəlməzdi ki, heyvanların yerinə onun özünü nümayiş etdirəcəklər. Otaya gün ərzində 1000-dən çox insan baxmağa gəlirdi. Bu, zoopark işçiləri üçün inanılmaz qazanc demək idi.
3. Parisdəki insan zooparkı fəaliyyətini 1907-ci ilin mayından oktyabra qədər davam etdirib. Fransız xalqı bu zooparkları o qədər sevirdi ki, yarım il ərzində milyondan çox insanın nümayişinə baxmağa hazırlaşırdı.

İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


4. Sara Baartman insan zooparklarında yaşanan iyrənc münasibətlərə məruz qalmış qızlardan biridi.

İnsan zooparkları: ehtiraslı lüt qızlar, icarəyə verilən xanımlar... -


1810-cu ildə iş və zəngin həyat vədlərinə aldanan qız Lonndondan Parisə gətirilir. Anadangəlmə omba və sinəsinin böyük olması, ehtiraslı bədən quruluşu təşkilatçıların diqqətini çəkmişdi. Onlar bu qızı ictimaiyyətə nümayiş etdirib hətta pul qarşılığında icarəyə verməyi belə düşünürdülər. Ağır işgənclərə, təcavüzlərə məruz qalan qızın skleti, beyni və cinsiyyət orqanı ölümündən sonra belə Parisdə nümayiş olunub. 2002-ci ildə prezident Nelson Mandelanın xahişi ilə Saranın qalıqlarları nümayişdən çıxarılaraq vətəninə geri göndərilib.
Geri qayıt