Əsas Səhifə > Dünya / Video > London teraktını törədənlərin adları müəyyənləşdi -

London teraktını törədənlərin adları müəyyənləşdi -


5-06-2017, 15:23.
title}
London teraktını törədənlərin adları müəyyənləşdi -


İngiltərənin baş naziri Tereza Mey London terrorunu törədənlərin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb.

SİVİL.AZ "CNN"ə istinadən xəbər verir ki, Tereza Mey tezliklə ictimaiyyətə terrorçuların adlarının açıqlanacağını bildirib.

Digər bir tərəfdən terrorun əsas təşkilatçısı hesab edilən şəxsin hamını şoka salan görüntüləri yayılıb. Terrorçular videoda şəhərin mərkəzində İŞİD bayrağına ibadət edirlər.

Qeyd edək ki, ayın 2-si gecə saatların London körpüsündə yük maşını insanların üzərinə sürülmüş və sonra maşından düşən 3 nəfər camaata bıçaqla hücum etmişdi. Hadisə nəticəsində 7 nəfər ölmüş, 48 nəfər yaralanmışdı. ("Qaynarinfo")
Geri qayıt