Əsas Səhifə > Dünya / Üst manşet > İnsanlara nifrət etdiyi üçün 28 il kor kimi gəzdi -
İnsanlara nifrət etdiyi üçün 28 il kor kimi gəzdi -10-06-2017, 13:55. |
İnsanların həyatdan küsüb heç kimlə ünsiyyət qurmaq istəmədiyi anlar, hətta günlər ola bilər. Bəs, bu hal illər uzunu davam edə bilərmi? SİVİL.AZ-ın REN.TV-yə istinadla verdiyi xəbərə görə, İspaniyada baş vermiş bir hadisə bu suala "Bəli!", - deyə cavab verməyə əsas verir. Yəqin heç kim Karmen Ximenes kimi səbirli və kinli ola bilməzdi. Karmen Ximenes İspaniyanın 3 milyondan çox əhlisi olan paytaxtında - Madriddə yaşayır. Onun 57 yaşı var. 28 il öncə bu qadın insanlardan qaçmaq, küçədə onların salamını almamaq, kiməsə yardım etmək öhdəliyindən can qurtarmaq üçün qəribə bir üsul fikirləşib. O özünü korluğa vurub. 28 il ərzində o, hər kəsi buna inandıra bilib. Yalnız bir neçə müddət öncə bu barədə ailəsinə etiraf edib. Əri və yaxın qohumları şok içindədirlər. İnsanlara nə qədər nifrət etmək lazımdır ki, öz həyatını kor kimi yaşamağa qərar verəsən? Əri deyir ki, hərdən Karmendən şübhələnirmiş: ”Onun hər zaman ideal səviyyədə olan makiyajı və səliqəli geyimi məni mat qoyurdu. Bəzən mənə elə gəlirdi ki, o, televizoru izləyir. Lakin bu, anlıq fikirlər olurdu“. Karmen 28 il ərzində dövləti də aldadaraq kor kimi müavinət alıb. İndi məhkəmə qarşısında durmalı olacaq. Ədalətin gözləri isə həqiqətən kordur. O da yəqin Karmenə onun insanlarla davrandığı kimi davranacaq- bəhanələri görməzliyə vuracaq. İlhamə Geri qayıt |