Əsas Səhifə > Dünya / Manşet > Merkel Aİ-nin bir sıra səhvlərə yol verdiyini etiraf edib
Merkel Aİ-nin bir sıra səhvlərə yol verdiyini etiraf edib25-03-2017, 12:57. |
"Avropa İttifaqı bir sıra səhvlərə yol verib ki, onları düzəltmək lazımdır". SİVİL.AZ "Report"-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel İtaliya televiziyasına müsahibəsində deyib. Bununla belə o, əvvəldən qarşıya qoyulmuş vəzifələrin başa çatdırılmasının zəruri olduğunu bildirib. Merkel miqrant məsələsi, Avropa valyutasının fəaliyyət sistemində çatışmazlıqlar və xarici sərhəd problemlərini Avropanın düzəltməyə çalışdığı əsas çətinliklər sırasında qeyd edib. Geri qayıt |