Əsas Səhifə > Dünya > Yadplanetlilərin şifrəsi sosial şəbəkələrlə açılacaq -
Yadplanetlilərin şifrəsi sosial şəbəkələrlə açılacaq -13-06-2017, 20:10. |
Maks İnstitutunun mütəxəssisi Rene Xeller yerdən kənar sivilizasiyaların şifrəsini açmağa kömək edəcək üsul kəşf edib. SİVİL.AZ xəbər verir ki, Günəş sistemini tədqiq edən fizik yadplanetlilərin göndərdiyi şifrəli müraciətləri sosial şəbəkələrin vasitəsilə açmağı təklif edib. Onun sözlərinə görə, yadplanetlilərdən alınan siqnalların, məlumatların ictimai şəkildə paylaşılması onları rekord dərəcədə qısa vaxtda anlamağa şərait yaradacaq. Rene Xeller bu nəticəyə apardığı qeyri-adi eksperimentin nəticələrindən sonra gəlib. O, təxminən iki milyon sıfır və ardıcıl vahid ədəddən istifadə edərək sosial şəbəkəyə şifrəli məlumat yerləşdirib. İstifadəçilərdən şifrələnmiş 6 suala cavab vermək tələb olunurdu. Alim apardığı eksperimentə 66-ı tamamilə düz olan təxminən 300 cavab alıb. Cavabların yarısı fərdi şəkildə, digərləri isə sosail şəbəkə istifadəçiləri arasında geniş müzakirələrdən sonra yazılıb. Daha əvvəl Rene Xeller insanların Günəşin ətrafındakı 10 ulduza çatma vaxtını hesablayıb. Onun fikrincə, bu proses yaxın 100 il ərzində baş verəcək. (Publika.az) Geri qayıt |