Əsas Səhifə > Dünya / Üst manşet > Yaponiyadan Rusiyaya etiraz: "Qeyri-qanunidir..."
Yaponiyadan Rusiyaya etiraz: "Qeyri-qanunidir..."14-06-2017, 00:43. |
Yaponiya Sahil Mühafizəsi Xidməti patrulunun bu ölkəyə məxsus ərazi sularına Rusiyaya aid gəminin daxil olaraq qeyri-qanuni fəaliyyətlə məşğul olması barədə məlumatından sonra Rusiya tərəfinə etirazını bildirib. SİVİL.AZ xəbər verir ki, Yaponiyanın Xarici İşlər naziri Fumio Kişida iyunun 13-də jurnalistlərə deyib ki, ötən həftənin bazar ertəsi günü patrul ölkənin şimalında yerləşən Hokkaydo adasının yaxınlığındakı Soya burnunda Rusiyaya məxsus gəminin kabelə bənzər əşyanı ardınca çəkməsinin şahidi olub. F.Kişida məsələ ilə əlaqədar nazirliyin əməkdaşlarının Rusiyanın Tokiodakı səfirliyində diplomatlarla müvafiq söhbət apardıqlarını və Yaponiyaya məxsus iqtisadi zonada bu ölkənin icazəsi olmadan elmi tədqiqatın həyata keçirilməsinin qeyri-qanuni olduğunu izah ediblər. Nazir əlavə edib ki, Sahil Mühafizəsi Xidmətinin əməkdaşları da Rusiyaya məxsus gəminin heyətinə bunu izah etdikdən sonra gəmi ərazini tərk edib. F.Kişida vurğulayıb ki, Yaponiyaya məxsus ərazi sularında vəziyyətin müşahidə olunması bundan sonra da davam etdiriləcək. (Axar.az) Geri qayıt |