Əsas Səhifə > Dünya > Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı

Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı


19-06-2017, 22:08.
title}
Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı


İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan bu gün Xankəndindən Yerevanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

SİVİL.AZ Virtualaz.org-a istinadən bildirir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovannisyan deyib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

Xatırladaq ki, 16-17 iyunda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki təmas xəttində törətdikləri təxribatların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu öldürülmüşdü.
Geri qayıt