Əsas Səhifə > Dünya > Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı
Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı25-06-2017, 11:15. |
Almaniyanın Herford şəhərindəki qaçqınlar düşərgəsində 29 yaşlı Qana vətəndaşı 10 yaşlı azərbaycanlı qızı zorlayıb. SİVİL.AZ xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Cinayətkar tutulub, hazırda o həbsxanadadır. Qızcığaz xəstəxanaya çatdırılıb. Zorlama hadisəsi iyunun 6-da 500-dən çox qaçqının yaşadığı düşərgədə baş verib. Tibbi ekspertiza zorlama faktını təsdiqləyib. Bildirildiyinə görə, hadisədən sonra düşərgədə azərbaycanlılarla afrikalılar arasında toqquşmalar baş verib. Hətta belə bir niyyət də olub ki, düşərgədəki bütün qaradərili afrikalılar qisasdan qorunmaq məqsədilə başqa yerə köçürülsün. Lakin sonradan bu fikirdən daşınıblar və yalnız qızın ailəsi köçürülüb. (Virtualaz.org) Geri qayıt |